“Mançester Siti”nin sahibi “City Football Group” daha bir klubu almağa yaxındır.
Apasport.az saytının məlumatına görə, şirkət İtaliya təmsilçisi “Palermo”ya sahib çıxmağa hazırlaşır.
C seriyası təmsilçisinin prezidenti Dario Mirri səhmlərin 80 faizini “City Football Group”a satmağa razıdır. Tərəflər arasında danışıqlar gedir və qısa müddətdə sazişin bağlanması gözlənilir. Mirri öz hissələrini saxlayacaq və satın alındıqdan sonra da klubda təmsilçi rolunu yerinə yetirəcək. “City Football Group” “Palermo” üçün təxminən 6 milyon avro ödəyəcək.
Qeyd edək ki, “City Football Group” hazırda dünyanın 12 klubuna sahibdir.