“Mançester Yunayted” 45 milyonluq müdafiəçiyə elçi düşdü
07.05.2022 - 14:24
“Mançester Yunayted” heyətinə daha bir portuqaliyalı qatmağa hazırlaşır.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Qonsalo İnasionun transferində maraqlıdır.
Mançesterlilər müdafiəçi üçün “Sportinq”ə rəsmi təklif göndərməsə də, 20 yaşlı futbolçunun keçidini yayda reallaşdırmağı planlaşdırrı. Lissabonlular isə oyunçunu satmaq fikrində deyil. Onun müqaviləsindəki sərbəstqalma vəsaiti 45 milyon avro təşkil edir. Premyer Liqa klubu bu məbləği ödəməli olacaq.
Qeyd edək ki, İnasio cari mövsümün 26 oyununda 4 qol vurub.
0
0