“Mançester Yunayted” Oblaka görə qapıçısını satır
15.11.2021 - 23:15
“Mançester Yunayted”in qapıçısı Din Henderson qış transfer pəncərəsində klubunu dəyişmək istəyir.
Apasport.az saytının məlumatına görə, qolkiper daha çox oyun praktikası qazanmaq üçün Premyer Liqanın digər klublarından birində çıxış etməyə hazırdır.
Mançesterlilər də onu satmağın əleyhinə deyil. Klub rəhbərliyi onun satışından əldə olunan vəsaiti Yan Oblakın alınmasına xərcləmək istəyir. “Mançester Yunayted” üçün “Atletiko”nun qapıçısı prioritet transferlərdəndir.
Henderson iki klubun maraq dairəsindədir. “Aston Villa” və “Nyukasl” onu heyətində görmək istəyir.
0
0