“Mançester Yunayted” yarımmüdafiəçisi Pol Poqbanı komandada saxlamaqda maraqlıdır.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi hazırda Fransa millisinin üzvündən cavab gözləyir.
“Qırmızı şeytanlar” iyunda etdiyi təklifin qüvvədə qaldığını vurğulayıb. Buna baxmayaraq, 28 yaşlı orta sahə oyunçusu gələcəyi ilə bağlı hələ qərar verməyib. Mançester təmsilçisinin yeni baş məşqçisi Ralf Ranqnik isə məsələyə münasibət bildirərək, “Mançester Yunayted”də oynamaq istəməyən oyunçunu inandırmağın mənasının olmadığını söyləyib.
Qeyd edək ki, Pol Poqbanın “Mançester Yunayted”lə müqavilə müddəti mövsümün sonuna qədərdir.