“Mançester Yunayted” Ronaldonu qaytarmaqla səhv etdi”
19.02.2022 - 22:26
“Mançester Yunayted” Ronaldonu qaytarmaqla səhv etdi”

“Liverpul”un əfsanəvi müdafiəçisi Ceymi Karrager “Mançester Yunayted”in yay transferlərini tənqid edib.

Apasport.az saytının məlumatına görə, hazırda televiziyada ekspert kimi fəaliyyət göstərən sabiq futbolçu “qırmızı şeytanlar”ı, xüsusən də, Kriştiano Ronaldonu qaytardığı üçün tənqid edib.

O, bunun yanlış addım olduğunu düşünür: “Mançester Yunayted”in “Brayton” üzərində qələbəsində Kriştiano Ronaldonun əvəzsiz töhfəsi onun qollara olan ehtirasını xatırlatdı. Lakin bu, reallığı dəyişmir. “Mançester Yunayted” keçən yay onu transfer etməklə səhvə yol verdi”.

Qeyd edək ki, 37 yaşlı Ronaldo bu mövsüm bütün turnirlərdə 28 oyuna çıxıb, 15 qol vurub, 3 məhsuldar ötürmə verib.