“Mançester Yunayted” 14 futbolçu ilə qaldı
28.04.2022 - 14:02
“Mançester Yunayted” 14 futbolçu ilə qaldı

İngiltərə Premyer Liqasının XXXVII turunda “Çelsi” ilə qarşılaşacaq “Mançester Yunayted” bugünkü matça ciddi itkilərlə çıxacaq.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar”ın cəmi 14 futbolçusu “Old Trafford”dakı görüşə hazırdır.

Bunu baş məşqçi Ralf Ranqnik açıqlayıb. O, qarşılaşmanın iştirak ərizəsinə əvəzedici komandadan bir neçə oyunçunun cəlb olunacağını bildirib. “Mankunianlar”da Edinson Kavani, Fred, Meyson Qrinvud, Harri Maquayr, Pol Poqba, Ceydon Sanço, Luk Şou kimi futbolçular zədədən əziyyət çəkir.

Qeyd edək ki, “Mançester Yunayted” – “Çelsi” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.