“Mançester Yunayted” üçün 40 milyonluq futbolçu
10.02.2022 - 16:37
“Mançester Yunayted” üçün 40 milyonluq futbolçu

“Lester”in futbolçusu Yuri Tilemans karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, belçikalı yarımmüdafiəçi “tülkülər”lə müqaviləni uzatmaq barədə razılığa gələ bilməyib.

O, Çempionlar Liqasında mübarizə aparan komandada oynamaq istəyindədir. “Mançester Yunayted” potensial müştərilər arasında ön sırada durur.

Mövsümün sonunda təklifləri dəyərləndirmək niyyətində olan Tilemans üçün yeni klubu da xərcə düşməlidir. Belə ki, “Lester” onun keçidi üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki, Tilemans 2019-cu ildə “Monako”dan “Lester”ə transfer olunub.