“Mançester Yunayted”də rekorda yeni şərik
16.02.2022 - 11:16
“Mançester Yunayted”də rekorda yeni şərik

David de Xea “Mançester Yunayted”in tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, ispaniyalı qapıçı İngiltərə klubunun heyətində 128-ci quru matçını keçirib.

O, mançesterlilərin tarixində ən çox oyunda qol buraxmayan Peter Şmeyxelin rekordunu təkrarlayıb. Danimarkalı əfsanə 1991-99-cu illərdə 128 quru oyun keçirib.

Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqanın XVIII turundan təxirə salınan oyunda “Brayton”a 2:0 hesabı ilə qalib gəlib.