“Mançester Yunayted”dən bombardirə 4 illik müqavilə təklifi
03.01.2022 - 11:24
“Mançester Yunayted” Xulian Alvaresin transfer etməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, İngiltərə təmsilçisi “River Pleyt”in hücumçusuna 4 illik müqavilə təklif edib.
21 yaşlı futbolçunun agenti ilə danışıqlar yaxın günlərdə yekunlaşmalıdır. Argentina klubu forvard üçün 20 milyon avro tələb edir.
Qeyd edək ki, ötən mövsüm Argentina çempionatının 20 oyununda 18 qol vuran Alvares yarışın bombardiri olub.
0
0