“Mançester Yunayted”dən Linqard qərarı
03.01.2022 - 17:58
“Mançester Yunayted”dən Linqard qərarı

“Mançester Yunayted”in futbolçusu Cessi Linqardın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi mövsümün sonunadək klubda qalacaq.

Linqardın xidmətində “Vest Hem” maraqlı olsa da, mançesterlilər oyunçunu saxlamağa qərar verib. Klub rəhbərliyi Çempionlar Liqasına vəsiqə uğrunda mübarizədəki rəqibini güclənməsindən ehtiyatlanır.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2021-ci ilin ilk yarısını “Vest Hem”də keçirib.