“Mançester Yunayted”dən gedəcək
29.04.2022 - 10:47
“Mançester Yunayted”dən gedəcək

“Mançester Yunayted” futbolçusu Aaron Van-Bissaka yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı müdafiəçi İngiltərənin digər klubunun maraq dairəsinə düşüb.

“Kristal Pelas” onu heyətində görmək istəyir. Van-Bissakanın mançesterlilərlə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Onun transfer qiyməti 30 milyon avro ilə dəyərləndirilir.

Qeyd edək ki, müdafiəçi cari mövsüm Premyer Liqada 20 matça çıxıb.