“Mançester Yunayted”in istədiyi serbiyalı
10.01.2022 - 16:48
“Mançester Yunayted”in transfer siyahısında yer alan daha bir futbolçunun adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Sergey Milinkoviç-Saviçi transfer etmək istəyir.
Premyer Liqa təmsilçisi bu keçidi qışda reallaşdırmaq niyyətindədir. Lakin “Latsio”nun serbiyalı legioneri digər variantları da nəzərdən keçirir. Onun xidmətində PSJ və “Yuventus” maraqlıdır.
Qeyd edək ki, Sergey 2015-ci ildən İtaliya klubunun formasını geyinir.
0
0