“Marsel” “Qarabağ” önünə yeni baş məşqçi ilə çıxa bilər - Andre Villaş-Boaşa təklif
27.12.2021 - 10:50
“Marsel” “Qarabağ” önünə yeni baş məşqçi ilə çıxa bilər - Andre Villaş-Boaşa təklif

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel” Azərbaycan klubu önünə yeni baş məşqçi ilə çıxa bilər.

Apasport.az saytının məlumatına görə, bu barədə Fransa mətbuatı xəbər yayıb.

Bildirilib ki, komandanın Liqa1-də liderdən çox uzaq düşməsi və Avropa Liqasından Konfrans Liqasına yuvarlanması rəhbərliyi narahat edir. Üstəlik, Marsel təmsilçisinin sərgilədiyi oyun da qənaətbəxş sayılmır. Bu üzdən argentinalı çalışdırıcının tezliklə istefaya göndərilməsi gündəmdədir.

Yerli mütəxəssislər isə bunu nəzərə alaraq, “Marsel”in baş məşqçi postuna müxtəlif adları məsləhət görüb. Təklif olunanlar arasında komandanın sabiq çalışdırıcısı Andre Villaş-Boaş və Əlcəzair yığmasının hazırkı baş məşqçisi Camel Belmadi də var.

Qeyd edək ki, “Qarabağ”la “Marsel” arasındakı ilk oyun gələn il fevralın 17-də Marseldə, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.