Bu gün “Qarabağ”ın qonağı olacaq “Marsel” səfər sindromu yaşayır.
Apasport.az saytının məlumatına görə, Fransa təmsilçisi avrokuboklarda rəqib meydanında keçirdiyi son 11 oyunda qələbə qazana bilməyib.
2017/18 mövsümündə Avropa Liqasının 1/8 finalında “Atletik”i Bilbaoda 2:1 hesabı ilə məğlub edən marsellilər o vaxtdan səfərdə qələbə görməyib. Bu müddətdə 11 qarşılaşmaya çıxan komanda 3 heç-heçə və 8 məğlubiyyətə üzülüb.
Fransa klubu qrupdan sonrakı mərhələlərdə keçirdiyi son 9 səfər görüşündə yalnız “Atletik”i udub. Digər matçlarda 2 heç-heçəsi olan “Marsel” 6 dəfə meydanı başıaşağı tərk edib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Marsel” oyunu saat 21:45-də başlayacaq.