“Matçın necə çətin keçdiyini gördük”.
Apasport.az saytının məlumatına görə, bunu “Marsel”in müdafiəçisi Pol Lirola Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirilən ilk oyunu dəyərləndirərkən deyib.
“Velodrom”dakı qarşılaşmada 90 dəqiqə meydanda olan ispaniyalı sağ cinah oyunçusu çətin qələbə qazandıqlarını söyləyib. 25 yaşlı futbolçu 3:1 hesablı qələbəyə baxmayaraq, arxayınlaşmamalı olduqlarını vurğulayıb: “İlk hissədə çox əziyyət çəkdik. Lakin matçı uğurlu nəticə ilə başa vurmağı kollektiv şəkildə bacardıq. Bu nəticə kifayət deyil. İki top fərqi ilə öndə olmağımıza baxmayaraq, Bakıda diqqətli olmalıyıq. Orada da qələbə qazanmalı olacağıq. Komandaya yeni qoşulanlar çox yaxşı çıxış etdilər. Göstərdilər ki, hamı oynamağa hazırdır”.
Qeyd edək ki, “Qarabağ”la “Marsel” arasında cavab oyunu fevralın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.