“Milan” “Tottenhem”in hücumçusunu alır
24.02.2022 - 15:00
“Milan” “Tottenhem”in hücumçusunu alır

“Milan” Steven Berqveyni transfer etməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu “Tottenhem”in hücumçusunu yayda heyətinə qatmaq fikrindədir.

Londonluların forvard üçün yüksək məbləğ tələb edir. Bu, Milanın eyniadlı klubunu qane etməsə də, onlar qiyməti endirə biləcəklərinə ümidlidir.

Qeyd edək ki, Berqveyn cari mövsüm 19 oyunda 3 qol və 2 assistə imza atıb.