“Milan” İbrahimoviçlə razılıq əldə etdi
18.11.2021 - 13:54
İtaliyanın “Milan” klubu futbolçusu Zlatan İbrahimoviçlə müqaviləni uzadacaq.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi isveçli hücumçu ilə anlaşmanı razılaşdırıb.
40 yaşlı veteranın hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Tərəflər 2023-cü ilin iyununa qədər nəzərdə tutulan anlaşma barədə razılıq əldə edib.
Qeyd edək ki, Zlatan cari mövsümdə A seriyasının 6 oyununda 3 qol vurub.
0
0