“Milan” müdafiəçisi Teo Ernandesi komandada saxlamağı bacarıb.
Apasport.az saytının məlumatına görə, “rossonyerlər” bir neçə klubun maraq dairəsində olan fransalı ilə yeni müqavilə imzalayacaq.
25 yaşlı cinah oyunçusu komandası ilə sözləşmə müddətini 2026-cı ilə qədər uzadacaq. Tərəflər arasında hərtərəfli anlaşma əldə olunub, yalnız rəsmi sazişə qol çəkmək qalıb. Maaşı üç dəfə artırılan Teonun illik məvacibi bundan sonra 4,5 milyon avro olacaq.
Qeyd edək ki, Teo Ernandes “Milan”a 2019-cu ildə “Real”dan keçib. O, bu mövsüm A seriyasında 20 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmə verib.