“Milan”dan Teoya cəlbedici təklif
28.12.2021 - 22:19
“Milan” futbolçusu Teo Ernandesə yeni müqavilə təklif edib.
Apasport.az saytının məlumatına görə, sol cinah müdafiəçisinə 2 illik anlaşma təklif olunub.
“Rossonyeri” indiki müqaviləsi 2024-cü ildə başa çatacaq Teonu 2026-cı ilədək heyətində saxlamaq niyyətindədir.
İtaliya klubu fransalı arxa xətt oyunçusuna ildə 4,5 milyon avro ödəməyə hazırdır.
Fransalı hazırkı anlaşması ilə ildə 1,5 milyon avro qazanır. 24 yaşlı futbolçu 2019-cu ildə “Real”dan “Milan”a keçib.
Qeyd edək ki, müdafiəçi cari mövsümün 15 matçında 2 qol vurub.
0
0