“Milan”ın futbolçusu “Arsenal”ın hədəfində
14.02.2022 - 22:08
“Milan”ın futbolçusu “Arsenal”ın hədəfində

“Milan”ın futbolçusu Rafael Leau komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, hücumçu İngiltərə “Arsenal”ının maraq dairəsindədir.

London klubu futbolçunu yayda heyətinə qatmağı planlaşdırır. 22 yaşlı forvard “Nyukasl”ın da maraq dairəsindədir.

Qeyd edək ki, Leau 2019-cu ildə “Milan”a keçib.