“Milan”ın hücumçu arzusu
27.12.2021 - 17:30
“Milan”ın hücumçu arzusu

“Milan” heyətinə yeni hücumçu qatmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, “rossonyeri” Luis Murieli transfer etmək istəyir.

Milanlılar “Atalanta”nın hücumçusunun keçidini qış transfer pəncərəsində həll etməyi planlaşdırır. Klub rəhbərliyi Zlatan İbrahimoviçlə Olivye Jirunun tez-tez zədələnməsindən narahatdır.

Bu üzdən də 30 yaşlı kolumbiyalının transferi gündəmə gəlib. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, Muriel cari mövsümdə 17 matçda 3 qol vurub.