“Milan”ın kapitanı seçim qarşısında – “Latsio”, yoxsa “Yuventus”?
13.02.2022 - 18:32
“Milan”ın kapitanı seçim qarşısında – “Latsio”, yoxsa “Yuventus”?

“Milan”ın kapitanı Alessio Romanyoli mövsümün sonunda klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçinin “rossonyerlər”lə müqaviləsi yayda başa çatacaq.

A seriyasının digər təmsilçiləri “Yuventus”la “Latsio” onu azad agent kimi heyətinə qatmaq istəyir. Romanyoli özü uşaqlıqdan “Latsio”ya azarkeşlik etdiyi üçün karyerasını Romada davam etdirmək arzusundadır. Ancaq onun meneceri Mino Rayola daha sərfəli maliyyə təklifi verməyə hazır olan “Yuventus”a meyl edir.

Qeyd edək ki, karyerasına “Roma”da başlayan Alessio Romanyoli 2015-ci ildə “Milan”a keçib.