“Milan”ın niderlandlı hədəfi
08.02.2022 - 22:29
“Milan”ın niderlandlı hədəfi

“Milan” yay transfer pəncərəsi üçün əsas hədəfini müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu Noa Lanqı almağa qərar verib.

Belçika “Brügge”sində çıxış edən niderlandlı vinger İngiltərə klublarının da maraq dairəsindədir. “Milan” rəhbərliyi 22 yaşlı istedadın keçidi ilə bağlı danışıqlara başlamağa hazırlaşır.

Qeyd edək ki, Niderland yığmasının formasını geyinən Lanq bir müddət “Ayaks”ın şərəfini qoruyub.