“Milan”ın öz stadionu olacaq
30.04.2022 - 00:00
“Milan”ın öz stadionu olacaq

“Milan”ın öz stadionu olmalıdır.

Apasport.az saytının məlumatına görə, bunu klubun yeni sahibləri istəyir.

“İnvestcorp” investisiya şirkəti İtaliya təmsilçisinin alqı-satqısını yaxın günlərdə yekunlaşdıracaq. Bu, 1,18 milyard avroya gerçəkləşəcək.

Şirkətin rəhbəri Məhəmməd Alardi klubun özünün yeni stadionu olması qənaətindədir. O, “San-Siro”nu “İnter”lə bölüşməyin əleyhinədir. Bu üzdən şirkət yeni arenanın inşasını planlaşdırır.