“Monako”dan 70 milyonluq tələb
08.05.2022 - 00:00
“Monako” futbolçusu Orelyen Tçuameninin 70 milyon avrodan aşağı qiymətə satmayacaq.
Apasport.az saytının məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi “Real”, “Liverpul” və “Milan” kimi klubların hədəfindədir.
Fransalını yayda heyətində görmək istəyən klublar 70 milyondan çox ödəməli olacaq. “Knyazlıq klubu” bu satışdan qazanmaq niyyətindədir.
Qeyd edək ki, Orelyen mövsümün 48 oyununda 5 qol vurub.
0
0