“Müştəri” tapdı, 50-yə çatdı
09.12.2021 - 10:46
“Müştəri” tapdı, 50-yə çatdı

Tomas Müller Çempionlar Liqasında 50-ci qolunu vurub.

Apasport.az saytının məlumatına görə, “Bavariya”nın futbolçusu qrup mərhələsinin VI turunun “Barselona” ilə görüşündə fərqlənib.

3:0 hesablı qələbəyə qolla töhfə verən Müller Çempionlar Liqasında 100-ü yarılayan ilk almaniyalı olub. O, turnirdə 50 və daha çox qol vuran 8-ci oyunçudur.

Müller qollarından 8-ni “Barselona”ya vurub. Buna 7 matçda nail olan almaniyalı İspaniya nəhənginin qənimi olmasına da şərh verib: “Barsa”, deyəsən mənim müştərimdir”.