“Napoli”dən 100 milyonluq tələb
11.05.2022 - 12:12
“Napoli”dən 100 milyonluq tələb

“Napoli” futbolçusu Viktor Osimheni satmaqdan imtina edib.

Apaspor.az saytının məlumatına görə, İtaliya klubu hücumçu ilə bağlı “Nyukasl”dan aldığı təkliflə razılaşmayıb.

A seriyası təmsilçisi transfer məbləğindən narazı qalıb. Klub rəhbərliyi Osimhenin satışından 100 milyon avro qazanmaq niyyətindədir.

Qeyd edək ki, müqaviləsi 2025-ci ilin yayında başa çatacaq Viktor mövsümün 30 matçında 17 qol vurub.