“Napoli”nin sahibi onunla görüşəcək
07.02.2022 - 00:51
“Napoli”nin sahibi onunla görüşəcək

“Napoli” müdafiəçisi Kalidu Kulibalini heyətində saxlamağa qərar verib.

Apasport.az saytının məlumatına görə, İtaliya klubunun sahibi Aurelio de Laurentis futbolçu ilə görüşəcək.

Tərəflər müqavilənin uzadılmasını müzakirə edəcək. Kulibalinin indiki anlaşması 2023-cü ilin yayında başa çatacaq.

Neapol təmsilçisi futbolçunun maaşının azalması ilə razılaşmasını istəyir. 30 yaşlı seneqallı ildə 6 milyon avro qazanır.

Qeyd edək ki, Kalidu cari mövsümün 19 oyununda 2 qol vurub.