“Neftçi” – “Zirə” oyununun hakimləri açıqlandı
28.04.2022 - 11:25
“Neftçi” – “Zirə” oyununun hakimləri açıqlandı

Azərbaycan kubokunda 1/2 final mərhələsinin cavab oyunlarının bütün təyinatlar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, aprelin 29-dakı matçın hakimləri bəlli olub. “Neftçi” – “Zirə” görüşündə Əliyar Ağayev fit çalacaq.

“Qarabağ” – “Qəbələ” qarşılaşmasını Elçin Məsiyev idarə edəcək.

Azərbaycan kuboku
Yarımfinal, cavab oyunları
29 aprel (cümə)
“Qarabağ” – “Qəbələ”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Azersun Arena”, 17:30

“Neftçi” – “Zirə”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bakcell Arena”, 20:30