"Neftçi" Eddi İsrafilovu təqdim etdi
05.01.2022 - 14:56
“Neftçi” yeni transferi Eddi İsrafilovu təqdim edib.
Apasport.az saytının məlumatına görə, son çempion milli komandamızın yarımmüdafiəçisinin keçidini rəsmi televiziyası vasitəsi ilə açıqlayıb.
30 yaşlı oyunçu yeni komandasında 14 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Eddi İsrafilov ötən ilin yayında İspaniya “Albasete”sindən ayrıldıqdan bər klubsuz olub.
0
0