“Neftçi” bombardirsiz qaldı
10.05.2022 - 22:37
“Neftçi” bombardirsiz qaldı

Azərbaycan Premyer Liqasının XXVI turu iki futbolçunun cəzalı duruma düşməsi ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, bunlar Murad Musayev və Tyaqo Bezerradır.

Hər iki oyunçu mövsümdə 4-cü sarı vərəqəsini alıb. Bu üzdən “Qəbələ” Muradı, “Neftçi” isə ən yaxşı bombardiri olan Tyaqonun xidmətindən bir turluq məhrum olub.

Qeyd edək ki, Premyer Liqanın XXVII turu mayın 15-də keçiriləcək. “Qəbələ” “Şamaxı”nın, “Neftçi” “Zirə”nin qonağı olacaq.