"Neftçi" futbolçusunu "Keşlə"yə icarəyə verdi
29.12.2021 - 14:39
“Neftçi” qış fasiləsində yollarını ayırdığı ilk futbolçunun adını açıqlayıb.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Fəhmin Muradbəyli icarəyə verilib.
Paytaxt təmsilçisi 25 yaşlı cinah oyunçusunu “Keşlə”yə icarəyə verib. Anlaşmaya əsasən, Muradbəyli mövsümün sonunadək “Keşlə”nin formasını geyinəcək. “Neftçi”nin yetirməsi olan Fəhmin Muradbəyli 2013-2018, 2020-2021-ci illər ərzində “ağ-qaralar”da 94 oyunda meydana çıxıb, 8 qol vurub.
Qeyd edək ki, “Neftçi” əvəzində “Keşlə”nin müdafiəçisi Azər Salahlını heyətinə cəlb edib.
0
0