"Neftçi" portuqaliyalı müdafiəçisini itirdi
07.02.2022 - 20:25
"Neftçi" ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, "ağ-qaralar" müdafiəçi Uqo Bastonu itirib.
Portuqaliyalı futbolçu Premyer Liqanın XV turunda "Qarabağ"la qarşılaşmada zədələnib. 65-ci dəqiqədə top uğrunda mübarizədə başından zərbə alan 29 yaşlı oyunçu mübarizəni davam etdirə bilməyib. Nəticədə məşqçilər korpusu onu yarımmüdafiəçi Sezar Meza Kolli ilə əvəzləyib.
Qeyd edək ki, hazırda ikinci hissəsi gedən "Neftçi" - "Qarabağ" oyununda qonaqlar 2:0 hesabı ilə öndədir.
- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0