“Neftçi” və “Xəzər Lənkəran”ın sabiq futbolçusu rəmzi yığmada
17.05.2022 - 10:15
Syerra-Leone futbol tarixinin rəmzi komandası açıqlanıb.
Apasport.az saytının məlumatına görə, “11-liy”i İFFHS müəyyənləşdirib.
Karyerası ərzində Azərbaycanda “Xəzər Lənkəran” və “Neftçi”də də oynamış Culius Vobay da heyətdə yer alıb. O, rəmzi komandanın sağ vingeri kimi “11-liy”ə düşüb.
Qeyd edək ki, Vobay 2011-ci ildə “Xəzər Lənkəran”, 2012-15-ci illərdə “Neftçi”də oynayıb.
0
0