“Neftçi” əzmkar qələbə ilə yarımfinalda
12.02.2022 - 17:57
“Neftçi” əzmkar qələbə ilə yarımfinalda

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, günün yeganə qarşılaşması “Bank Respublika Arena”da baş tutub.

Paytaxt derbisində Bakı klubları “Sabah”la “Neftçi” üz-üzə gəlib. İlk görüşü 1:1 hesabı ilə başa çatan rəqiblərin duelində ikinci yarımfinalçı bəlli olub.

İlk yarının sonlarında Xuan Kamara meydan sahiblərini hesabda önə çıxarıb. Lakin “Sabah” bu üstünlüyünü qoruya bilməyib.

“Neftçi” fasilədən sonra həm matçın, həm cütün taleyini həll edib. “Ağ-qaralar” 7 dəqiqəyə vurulan üç qolla əzmkar qələbə qazanıb. Görüşün sonlarında iki futbolçusu və baş məşqçisi qırmızı vərəqə alan meydan sahibləri qarşılaşmanı 9 oyunçu ilə bitirib. Samir Abasovun yetirmələrinin yarımfinaldakı rəqibi “Zirə” – “Səbail” duelində müəyyənləşəcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunlarına sabah yekun vurulacaq. 

Azərbaycan kuboku
1/4 final, cavab oyunu
12 fevral (şənbə)
16:00. “Sabah” – “Neftçi” - 1:3
Qollar:
Xuan Kamara, 42 - Emin Mahmudov, 61, Ramon Maçado, 63, 67
Baş hakim: Rəvan Həmzəzadə

“Sabah”: 1. Səlahət Ağayev (k), 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 9. Xulio Sezar Rodriqez, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 29. Ceyhun Nuriyev
Ehtiyat oyunçular: 97. Aleksandr Neçayev, 94. Yusif İmanov, 26. Fofana Tiemoko, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 15. Kristian da Silva, 99. Hiqor Qabriel, 8. Şakir Seyidov, 21. İldar Alekperov, 19. Kamran Quliyev, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov
Baş məşqçi: Murad Musayev

“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 91. Ramon Maçado, 77. Gilyerme Pato, 20. Mert Çelik
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 10. Sezar Meza Kolli, 4. Huqo Basto, 9. Tiaqo Bezerra, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli
Baş məşqçi: Samir Abasov
“Bank Respublika Arena”
İlk oyun – 1:1