“Neftçi”dən etiraf: “Qarabağ”a çatmağımız çətin olacaq”
07.01.2022 - 15:20
“Neftçi”dən etiraf: “Qarabağ”a çatmağımız çətin olacaq”

“Qarabağ” elə komandadır ki, ondan 2-3 xal öndə olsan belə, təzyiqini hiss edəcəksən”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov komandanın Premyer Liqada çempionluq şanslarını dəyərləndirərkən deyib.

Klubun bazasında jurnalistlərin suallarını cavablandıran çalışdırıcı ilk yarıdan sonra turnir cədvəlinin 3-cü pilləsində qərarlaşmalarına münasibət bildirib. Abasov lider “Qarabağ”a çatmağın onlar üçün çətin olacağını etiraf edib: “İndi “Qarabağ”dan çox geri qalırıq. Vəziyyət elə gətirib ki, bizim üçün onlara çatmağımız həddən artıq çətin olacaq. Bunu gizlətmirəm. Amma əminliklə deyirəm ki, heç nədən qorxmuruq”.

Qeyd edək ki, 14 turdan sonra “Qarabağ”ın aktivində 33, “Neftçi”də isə 22 xal var.