“Neftçi”ni sevindirən xəbər
11.01.2022 - 12:58
“Neftçi”ni sevindirən xəbər

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi”də bir nəfər koronavirusdan sağalıb.

Bu barədə apasport.az saytına klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fiziki hazırlıq üzrə məşqçi Eduardo Karonun testi neqativ çıxıb. 30 yaşlı mütəxəssis bu gün vətəni İspaniyadan birbaşa Türkiyəyə yollanacaq və axşam “ağ-qaralar”ın Antalya toplanışına qatılacaq.

Koronavirusdan əziyyət çəkən futbolçular Tiaqo Bezerra və Sezar Meza Kolli, həmçinin ailəsində yoluxma aşkarlandığı üçün karantinə alınan Xorxe Korreanın durumunda isə bir dəyişiklik yoxdur. Onlar hazırda öz ölkələrindədir.

Qeyd edək ki, təlim-məşq toplanışı üçün dünən Türkiyəyə gedən “Neftçi” yanvarın 25-nə qədər qalacağı qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır.