“Neftçi”nin baş məşqçisinə ağır cəza – 6 oyun
04.02.2022 - 15:34
“Neftçi” İK İB-in U-16 komandasının baş məşqçisi Şahin Şahhüseyni cəzalanıb.
Apasport.az saytının məlumatına görə, buna U-16 Liqasının “Sabah”la oyununda baş verənlər səbəb olub.
Çalışdırıcı görüşün 70-ci dəqiqəsində cəzalı olduğu halda texniki zonaya daxil olub. O, buradan hakimləri təhqir edib.
Bu üzdən AFFA-nın İntizam Komitəsi Şahhüseyninin cəzalandırıb. Onun əvvəlki cəzasının üzərinə 6 oyun əlavə olunub.
0
0