“Neftçi”nin baş məşqçisindən Eddi İsrafilovun transferinə münasibət
07.01.2022 - 15:11
“Neftçi”nin baş məşqçisindən Eddi İsrafilovun transferinə münasibət

“Eddi İsrafilovu gətirməyimizin ilk səbəbi onun yerli futbolçu olmasıdır”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov bir neçə gün əvvəl heyətə cəlb olunan Eddi İsrafilovun keçidinə münasibət bildirərkən deyib.

Abasov klubun bazasında jurnalistlərə açıqlamasında milli komandamızın üzvünün onlara əlavə güc qatacağını söyləyib: “Yerli futbolçu baxımından əziyyət çəkmişik, dəfələrlə gileylənmişik. Fürsət düşəndə də Eddini gətirməli idik. Azərbaycanda “Neftçi”yə layiq olan yerli futbolçuların hamısı ilə danışmışıq. Bu gün onları gətirmək mümkünsüzdür. Həm klubları buraxmır, ya da elə maddi tələblə çıxış edirlər ki, ondansa iki Sabir Buqrin gətirmək yaxşıdır”.

Qeyd edək ki, Eddi İsrafilov “Neftçi” ilə 2,5 illik müqavilə imzalayıb.