“Neftçi”nin futbolçuları millidən kənarlaşdırıldı
06.12.2021 - 11:12
“Neftçi”nin futbolçuları millidən kənarlaşdırıldı

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yekun heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yığmaya 22 oyunçu cəlb olunub.

Millimiz yoldaşlıq oyunları çərşivəsində Dubayda iki matça çıxacaq. Komandamız əvvəldən nəzərdə tutulduğu kimi, BƏƏ-nin U-18 yox, U-20 komandası ilə qarşılaşacaq. Görüşlər dekabrın 7-də və 9-da keçiriləcək. Heyətdə Rusiyadan iki futbolçu da yer alıb. Bunlar “Zenit” və “Kuban”ın üzvləridir.

25 nəfərlik ilkin heyətdən isə “Neftçi”nin futbolçuları Rəvan Kazımlı, Hüseyn Məmmədzadə və “Səbail”in üzvü Məhəmməd Əliyev çıxarılıb.

1

Həsənov Sahib

Keşlə

2

Feyzullayev Xəyal

Sumqayıt

3

Rüstəmov Emin

Səbail

4

 Xeyrullayev Fariz

Neftçi

5

Ramazanov İbrahim

Qəbələ

6

Bagiev Sadiq

Kuban (Rusiya)

7

Rəşidov Nuğay

Qəbələ

8

Məmiyev İxtiyar

Qəbələ

9

Süleymanlı Ayxan

Zirə

10

Abbasov Rüfət

Neftçi

11

Quliyev Bahadur

Neftçi

12

Axundzadə Nəriman

Qarabağ

13

Əliyev Xəyal

Sabah

14

Səfərov Qurban

Keşlə

15

Şahniyarov Şahin

Qəbələ

16

 Kələntərov Fərid

Qəbələ

17

 Əbilov Elcan

Neftçi

18

İsmayılov Nicad

Qarabağ

19

Ağayev Mahmud

Zirə

20

Əliyev Nahid

SŞOR Zenit (Rusiya)

21

 Salyanski Ağadadaş

Neftçi

22

Aşurov Şahmar

Sabah