“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kanenin dəyəri bəlli olub.
Apasport.az saytının məlumatına görə, gvineyalı futbolçunun müqavilə ilə məxsus olduğu “Olimpiakos” klubu onun transfer qiymətini müəyyənləşdirib.
Mövsümün ilk yarısını icarə əsasında Azərbaycan çempionunda keçirən 25 yaşlı oyunçunun qiyməti 1 milyon avroya bərabər göstərilib. Hazırda Qvineya millisinin düşərgəsində olan futbolçunun mövsümün sonuna qədər “Neftçi”də qalacağı, yoxsa Yunanıstan klubuna dönəcəyi hələ bəlli deyil.
Qeyd edək ki, Mamadu Kanenin “Olimpiakos”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir. O, Yunanıstan klubuna 300 min avroya transfer olunub.