“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Türkiyənin Antalya şəhərindəki əlverişsiz hava şəraiti səbəbindən ilk məşq trenajor zalında baş tutub.
Məşqdə müxtəlif fiziki təmrinlər yerinə yetirilib. Hazırlıq axşam məşqi ilə davam edəcək.
Qeyd edək ki, Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşan “Neftçi” qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Komanda yanvarın 14-də Macarıstanın “Kişvarda”, 19-da Polşanın “Visla” (Plotsk) klubu ilə qarşılaşacaq. Yanvarın 24-dəki rəqib hələlik məlum deyil.