“Neftçi”nin transferindən vida
17.01.2022 - 11:01
“Neftçi”nin transferindən vida

“Təşəkkür – bu vida üçün düzgün ifadədir. Bu gün karyeramdakı bir mərhələ başa çatır”.

Apasport.az saytının məlumatına görə, bu fikirlər “Neftçi”nin yeni transferi Gilyerme Patoya məxsusdur.

Braziliyalı hücumçu “İnternasional” klubu ilə vidalaşıb. O, Braziliya təmsilçisindən ayrılmasına instaqramda paylaşım həsr edib: “Bu kluba 9 yaşımda gəlmişdim. Sadəcə təşəkkür etmək istəyirəm. Mənim və ailəmin xəyalını – sevimli komandamızın oyunçusu olmağımı gerçəkləşdirdiyi üçün “İnternasional”a minnətdaram. Mənə bu 12 ildə yardım edən hər kəsə “çox sağ ol” deyirəm. Bu da son... Bütün qalan ömrüm boyu ürəyimdə olacaq anlar üçün “İnternasional”a təşəkkür edirəm”.

Qeyd edək ki, Braziliya klubu futbolçusunu “Neftçi”yə keçməsi üçün ona azad agent statusu verib.