“Neftçi”yə Bolqarıstandan rəqib
07.01.2022 - 09:21
“Neftçi”yə Bolqarıstandan rəqib

“Neftçi”nin təlim-məşq toplanışında üz-üzə gələcəyi son rəqib bəlli olub.

Apasport.az saytının məlumatına görə, Bakı klubu Bolqarıstan təmsilçisi MOİK-1948-lə qarşılaşacaq.

Qış hazırlığının proqramını açıqlayan Sofiya klubu yanvarın 24-də Türkiyədə Azərbaycan çempionunu sınağa çəkəcəyini vurğulayıb. Sidedə baş tutacaq görüşün başlama saatı hələlik bəlli deyil.

Qeyd edək ki, yanvarın 5-dən bir araya gələn “Neftçi” ayın 10-da Türkiyəyə yollanacaq. 15 gün qardaş ölkədə hazırlıq keçəcək baş məşqçi Samir Abasov yanvarın 14-də “Kişvarda” (Macarıstan), 19-da isə “Visla” (Plotsk, Polşa) ilə oyunda yetirmələrini sınaqdan keçirəcək.