“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən “Omoniya” ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, Kipr klubu əsas qapıçısı Fabianonun xidmətindən uzun müddət yararlana bilməyəcək.
IV turda “Bazel”lə (1:1) ev oyununda zədələnən braziliyalı qolkiper tibbi müayinədən keçib. Məlum olub ki, 33 yaşlı qapıçı 2021-ci ildə komandasına kömək edə bilməyəcək. “Omoniya”nın qarşıdakı 8 matçını buraxacaq sabiq “Fənərbaxça”lı həmçinin “Qarabağ”la görüşdə də çərçivədəki yerini ala bilməyəcək.
Qeyd edək ki, “Qarabağ” – “Omoniya” oyunu noyabrın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.