Avropanın ən uzun məğlubiyyətsiz seriyaları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İFFHS öz ölkəsinin yüksək liqasında ən uzun müddət uduzmayan komandaları müəyyənləşdirib.
Cədvələ ən azı 50 oyundan ibarət olan seriyalar düşüb. Siyahıda 28 belə seriya yer alıb.
Avropa rekordu “Styaua”ya məxsusdur. Rumıniya təmsilçisi 104 matçda uduzmayıb.
Cəbəllütariq çempionatında 88 qarşılaşmada məğlub olmayan “Linkoln” ikincidir. 63 matçdan ibarət seriyaya malik “Şerif” (Moldova) ilk “üçlüy”ü qapayır.
Bu həftə seriyası qırılan “Porto” 58-də dayanıb. Portuqaliya təmsilçisi 8-ci yeri “Olimpiakos”, “Milan” və “Skonto” ilə bölüşür. “Əjdahalar” üçün Avropa rekordu əlçatmaz qalıb.