“Qalatasaray” “Fulhem” və “Ayaks”a rəqib oldu
24.02.2022 - 15:27
“Qalatasaray” “Fulhem” və “Ayaks”a rəqib oldu

Misir təmsilçisi “Əl-Əhli”nin yarımmüdafiəçisi Aliu Deinq Avropa klublarının maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, üç komanda 25 yaşlı oyunçunu transfer etmək istəyir ki, onlardan biri də “Qalatasaray”dır.

Dayaq yarımmüdafiəçisi mövqeyində problemlər yaşayan “cim-bom” mövsümün sonunda Mali millisinin üzvünü heyətinə qatmağa çalışacaq. Lakin Türkiyə təmsilçisinin onu alması heç də asan olmayacaq. Çünki “Ayaks və yenidən Premyer Liqaya qayıtmağa hazırlaşan “Fulhem” Dienq uğrunda mübarizəyə qoşulub.

Qeyd edək ki, Aliu Deinqin “Əl-Əhli” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.