Türkiyənin üç klubu – “Qalatasaray”, “Beşiktaş” və “Fənərbaxça”nın transfer siyahısında yer alan italiyalı Mario Balotelli azad agent statusu alacaq.
Apasport.az saytının məlumatına görə, bunu hücumçunun çıxış etdiyi “Breşia” klubunun prezidenti Massimo Çellino açıqlayıb.
O bildirib ki, qış transfer pəncərəsində M.Balotelli ilə yolları ayıracaqlar: “Mario çox üzgündür. Çünki istədiyi kimi oynaya bilmir. Yanvarda hər hansı məbləğ ödənmədən klubdan ayrıla bilər. Onun ən düzgün seçim etməyə ehtiyacı var”.
29 yaşlı futbolçunun azad agent statusu alması onu pul ödəmədən heyətə qatmaq imkanı yaradacaq. Bu da İstanbul klublarının xeyrinə olan məqamdır.
Qeyd edək ki, M.Balotelli cari mövsümdə “Breşia”da 8 oyuna 2 qol vurub.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu