“Qalatasaray” Torreni qova bilmir
09.02.2022 - 16:22
“Qalatasaray” Torreni qova bilmir

“Qalatasaray” baş məşqçi Domenek Torreni postunda çox saxlamayacaq.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi ispaniyalı mütəxəssə mövsümün sonuna qədər səbr etməyi düşünmür.

Ancaq bu istefa “cim-bom”u çətinə sala bilər. Ötən ay yeni komandası ilə 1,5 illik anlaşan Torrenin müqaviləsində təzminat haqqı yoxdur. “Sarı-qırmızılılar” əgər onun sözləşməsini təktərəfli ləğv etsə, gələn ilin yayına qədər nəzərdə tutulan bütün maaşını ödəməlidir. Bu isə 2 milyon 775 min avro deməkdir. Hazırda maliyyə problemi yaşayan rəhbərlik bu üzdən çalışdırıcısını qova bilmir.

Qeyd edək ki, “Qalatasaray” Domenek Torrenin rəhbərliyi altında keçirdiyi 4 oyunun 3-də məğlub olub, yalnız bir dəfə heç-heçə edib.