“Qalatasaray” qrup qalibi oldu - Avropa Liqasında
10.12.2021 - 01:54
“Qalatasaray” qrup qalibi oldu - Avropa Liqasında

Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu “Qalatasaray” yer aldığı E qrupunda son matçına çıxıb.

Fatih Terimin yetirmələri Romada “Latsio”nun qonağı olub. Hər iki komanda ilk iki yeri təmin etdiyindən, son oyun qrup qalibini müəyyənləşdirib. Səfərdə rəqibi ilə qolsuz bərabərə (0:0) qalan “Qalatasaray” xallarının sayını 12-yə yüksəldib və qrupu ilk sırada başa vurub. “Latsio” isə aktivindəki 9 xalla ikinci yeri tutub.

Bununla 1/16 finala adlayan “Qalatasaray” Avropa Liqasında yoluna davam edən yeganə Türkiyə klubu olub.

Qeyd edək ki, növbəti mərhələnin püşkatması dekabrın 13-də, oyunları isə gələn il fevralın 17-24-də keçiriləcək.